Ermənistanın XİN başçısı Gürcüstana rəsmi səfər edəcək

Ermənistanın XİN başçısı Gürcüstana rəsmi səfər edəcək Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan iyulun 24-25-də Gürcüstana rəsmi səfərə gedəcək.
Region
23 İyul , 2019 16:26
Ermənistanın XİN başçısı Gürcüstana rəsmi səfər edəcək

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan iyulun 24-25-də Gürcüstana rəsmi səfərə gedəcək.

“Report” erməni KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər.

Z.Mnasakanyan gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşəcək. Görüşdən sonra nazirlər mətbuat konfransı keçirəcəklər. 

Ermənistanın XİN başçısı Gürcüstanın baş naziri Mamuka Baxtadze və parlamentin sədri Arçil Talakvadze ilə görüşəcək.

Z.Mnasakanyan Gürcüstandakı erməni icmasının nümayəndələri ilə də görüşü planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi