Mixeil Saakaşvilinin yaxın tərəfdaşı Gürcüstan vətəndaşlığından imtina edib

Mixeil Saakaşvilinin yaxın tərəfdaşı Gürcüstan vətəndaşlığından imtina edib Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012) Zurab Adeişvili Gürcüstan vətəndaşlığından imtina edib.
Region
12 Aprel , 2021 13:48
Mixeil Saakaşvilinin yaxın tərəfdaşı Gürcüstan vətəndaşlığından imtina edib
Zurab Adeişvili

Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012) Zurab Adeişvili Gürcüstan vətəndaşlığından imtina edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bununla bağlı ölkənin Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.

Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən bildirilib ki, müraciətə artıq baxılır və vətəndaşlığın dayandırılması prosesi may ayında başa çatdırılacaq.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin yaxın tərəfdaşı olan Z.Adeişvili hazırda Ukrayna baş prokurorunun baş məsləhətçisidir. O, Gürcüstanda bir neçə cinayət işi üzrə qiyabi olaraq həbs cəzasına məhkum edilib və axtarışa verilib.

Son xəbərlər

Orphus sistemi