Bu gün Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə keçiriləcək

Bu gün Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə keçiriləcək Bu gün Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.
Region
24 Yanvar , 2022 10:05
Bu gün Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə keçiriləcək

Bu gün Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, proses Tbilisi Şəhər Məhkəməsində saat 12:00-da başlayacaq.

Məhkəmə işi 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” teleşirkətinə hücum və iş adamı Badri Patarkatsişvilinin əmlakının müsadirəsi ilə bağlıdır.

M.Saakaşvilinin iclasda iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, sabiq dövlət başçısı ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Siyasətçi hazırda Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindədir.

Son xəbərlər

Orphus sistemi