Mixeil Saakaşvilinin həbsxanaya köçürüldüyü təsdiqlənib

Mixeil Saakaşvilinin həbsxanaya köçürüldüyü təsdiqlənib Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dekabrın 30-da müalicə olunduğu Qori Hərbi Hospitalından Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Region
30 dekabr 2021 08:15
Mixeil Saakaşvilinin həbsxanaya köçürüldüyü təsdiqlənib
Mixeil Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dekabrın 30-da müalicə olunduğu Qori Hərbi Hospitalından Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib.

Qeyd olunub ki, həbsxanaya köçürülmə qanuna tam uyğun olaraq həyata keçirilib.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. Siyasətçi bundan sonra aclıq aksiyasını dayandırıb.

Son xəbərlər

Orphus sistemi