Mixeil Saakaşvili: “Yaxın aylarda Gürcüstana qayıdacağam”

Mixeil Saakaşvili: “Yaxın aylarda Gürcüstana qayıdacağam” Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yaxın aylarda vətənə qayıdacağını elan edib.
Region
30 Sentyabr , 2019 09:49
Mixeil Saakaşvili: “Yaxın aylarda Gürcüstana qayıdacağam”

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yaxın aylarda vətənə qayıdacağını elan edib.

“Report”un yerli bürosunun xəbərinə görə, bunu keçmiş dövlət başçısı “Mtavari arxi” televiziya kanalının efirində bildirib.

M.Saakaşvili 2020-ci ilin parlament seçkilərinə qədər Gürcüstana dönəcəyini deyib: “Yaxın aylarda Gürcüstana gəlməyi planlaşdırıram. Burada gizlətməyə heç nə yoxdur. Ukraynada özümü yaxşı hiss edirəm, lakin biz vətəni itiririk”.

Gürcüstanda qiyabi məhkum edilən sabiq dövlət başçısı bildirib ki, onun saxlanılıb-saxlanılmayacağı Gürcüstan xalqından asılıdır: “Mən Ukraynada həbsxanadan qorxmadım, öz ölkəmdə bundan xüsusən qorxmaram... Onlar o qədər zəifdirlər ki, Gürcüstan xalqına müqavimət göstərməzlər”.

M.Saakaşvili Gürcüstan xalqı ilə bir yerdə olduğunu vurğulayıb: “Gəlin, siyasəti bir kənara qoyaq. Mən siyasətçi deyiləm, mən müasir Gürcüstan dövlətçiliyinin yaradıcısı, Gürcüstanın vətənpərvəri və sizin kimi ölkənin dağılmasına görə ürəyi ağrıyanlardan biriyəm”.

Son xəbərlər

Orphus sistemi