Mixeil Saakaşvilinin həbsxanadan klinikaya köçürüləcəyi gözlənilir - YENİLƏNİB

Mixeil Saakaşvilinin həbsxanadan klinikaya köçürüləcəyi gözlənilir - YENİLƏNİB Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanadan Tbilisidəki klinikaya köçürülür.
Region
12 May , 2022 09:34
Mixeil Saakaşvilinin həbsxanadan klinikaya köçürüləcəyi gözlənilir - YENİLƏNİB

Gürcüstanın esk-prezidenti Mixeil Saakaşvilinin həbsxanadan Tbilisidəki klinikaya bu gün köçürüləcəyi gözlənilir.  

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ötən gecə yerli telekanallar onun Tbilisidəki özəl “Vivamedi” xəstəxanasına yerləşdirildiyi barədə məlumatlar yaysa da, bu xəbər təsdiqini tapmayıb.

Yerli mətbuatın yazdığına əsasən, M.Saakaşvili yaxın saatlarda klinikaya köçürüləcək. Belə ki, siyasətçinin saxlanıldığı Rustavi həbsxanası və klinikanın ərazisinə Xüsusi Penitensiar Xidmətin əməkdaşları və polis cəlb olunub. 

00:18

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanadan Tbilisidəki klinikaya köçürülür.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Məlumatlara əsasən, sabiq dövlət başçısı hazırda təcili tibbi yardım maşını ilə Rustavi şəhərində saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidə yerləşən özəl “Vivamedi” klinikasına çatdırılır.

Xəstəxanada təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və eks-prezidentin yerləşdiriləcəyi palatanın olduğu mərtəbənin tam boşaldıldığı bildirilir.

Qeyd edək ki, M.Saakaşvilinin hazırkı sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb ediblər.

Xatırladaq ki, siyasətçi ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi