Mixeil Saakaşvili Gürcüstan müxalifətinə çağırış edib

Mixeil Saakaşvili Gürcüstan müxalifətinə çağırış edib Sabiq dövlət başçısı Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın istefasını müxalifətin böyük qələbəsi adlandırıb
Region
228
18 Fevral , 2021 14:03
Mixeil Saakaşvili Gürcüstan müxalifətinə çağırış edib
Mixeil Saakaşvili

Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Mixeil Saakaşvili Gürcüstan müxalifətinə müraciət edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, müxalif qüvvələri birləşməyə çağırıb.

Sabiq dövlət başçısı Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın istefasını müxalifətin böyük qələbəsi adlandırıb.

M.Saakaşvili gürcü xalqının iradəsinin yerinə yetirilməsi və növbədənkənar parlament seçkilərinin təyin olunması üçün müxalifət partiyalarını daha böyük konsolidasiyaya dəvət edib.

Keçmiş dövlət başçısı qeyd edib ki, bu prosesə Gürcüstandakı diplomatik korpusun cəlb olunmasını vacibdir.

Son xəbərlər

Orphus sistemi