MİT Suriyada xüsusi əməliyyat keçirib, terrorçu saxlanılaraq Türkiyəyə gətirilib

MİT Suriyada xüsusi əməliyyat keçirib, terrorçu saxlanılaraq Türkiyəyə gətirilib Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı PKK/KCK qruplaşmasının Suriyadakı qolu olan PYD-YPG-yə qarşı xüsusi əməliyyat keçirib
Region
15 Mart , 2021 14:08
MİT Suriyada xüsusi əməliyyat keçirib, terrorçu saxlanılaraq Türkiyəyə gətirilib
İbrahim Babat

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı PKK/KCK qruplaşmasının Suriyadakı qolu olan PYD-YPG-yə qarşı xüsusi əməliyyat keçirib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, nəticədə PYD-YPG-nin Suriyadakı törəməsinin rəhbərlərindən biri, qondarma polkovnik, “Şeyx Guyi” kod adlı xüsusi təhlükəli terrorçu İbrahim Babat saxlanılaraq Türkiyəyə gətirilib.

O, Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddə yerləşən hərbi bazasına və polis məntəqələrinə hücum etməyi planlaşdırırmış. İ.Babat avtomobil ilə bölgəyə gələrək ərazini müşahidə edirmiş. Terrorçunu izləyən MİT əməkdaşları bu zaman xüsusi əməliyyat keçirərək onu saxlayıblar.

Qeyd edək ki, Türkiyə vətəndaşı olan İ.Babat terror qruplaşmasına 2011-ci ildə qatılıb. 2017-ci ildə Suriyaya keçərək orada qruplaşmanın “briqada komandanı” vəzifəsində fəaliyyət göstərməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi