Misirin XİN başçısı ABŞ prezidentinin müşaviri ilə görüşünü təxirə salıb

Misirin XİN başçısı ABŞ prezidentinin müşaviri ilə görüşünü təxirə salıb Cerad Kuşner Orta Şərq ölkələrinə səfərə çıxıb
Region
23 avqust 2017 10:03
Misirin XİN başçısı ABŞ prezidentinin müşaviri ilə görüşünü təxirə salıb

Bakı. 23 avqust. REPORT.AZ/ Misirin xarici işlər naziri Sameh Şükri ABŞ Prezidenti Donald Trampın müşaviri və kürəkəni Cerad Kuşnerlə görüşünü təxirə salıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, C.Kuşner Orta Şərq ölkələrinə səfərə çıxıb və son dayancağaı Misir olub.

Ümumiyyətlə, ABŞ insan haqlarının vəziyyəti ilə əlaqədar Misirə etdiyi maliyyə yardımını dayandırıb. Rəsmi Qahirə Ağ evin bu addımının ikitərəfli münasibətlərə mənfi təsir edəcəyini bildirib.

Məlumata görə, ABŞ Misirdə insan haqlarının qorunmasında və demokratik normaların təmin edilməsində irəliləyişə nail olunmasını dəstələmək məqsədi ilə 95, 7 milyon dollar, bundan başqa, 195 milyon dollar əlavə yardım göstərməyi planlaşdırırmış. Lakin insan haqlarının durumuna görə yardımların edilməsi təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi