Mirzоyan Maltada Fidan və Blinken ilə qısa görüşlər keçirib

Mirzоyan Maltada Fidan və Blinken ilə qısa görüşlər keçirib Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Vallettada (Malta) türkiyəli həmkarı Hakan Fidan və ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşüb.
Region
5 Dekabr , 2024 18:07
Mirzоyan Maltada Fidan və Blinken ilə qısa görüşlər keçirib
Ararat Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Valettada (Malta) türkiyəli həmkarı Hakan Fidan və ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşüb.

"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qısa görüşlər ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində keçirilib.

A.Mirzоyanın türkiyəli həmkarı və Blinken ilə apardığı müzakirələrin mövzuları açıqlanmayıb.

Məlumatda qeyd olunub ki, Mirzoyan, həmçinin Almaniya, Avstriya, Lüksemburq, Ukrayna, Niderland və Andorranın XİN başçıları ilə də görüşüb.

Son xəbərlər

Orphus sistemi