MHP-li deputatın qardaşı tutulub

MHP-li deputatın qardaşı tutulub FETÖ ilə əlaqədə şübhəli bilinən daha 21 nəfər saxlanılıb
Region
19 Avqust , 2016 15:23
MHP-li deputatın qardaşı tutulub

Bakı. 19 avqust. REPORT.AZ/ Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) İspartadan olan millət vəkili Nuri Okutanın qardaşı Ramazan Okutan həbs edilib.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, R.Okutan İsparta Dövlət Xəstəxanasında həkim kimi fəaliyyət göstərirmiş.

Məlumatda həmçinin FETÖ ilə əlaqədə şübhəli bilinən daha 21 nəfərin saxlanıldığı, onların İsparta Xalq Səhiyyə və vilayət səhiyyə idarələrində həkim, məmur və sıravi əməkdaş olaraq fəaliyyət göstərdikləri bildirilib.

Son xəbərlər

Orphus sistemi