Məşhur ukraynalı jurnalist Gürcüstana buraxılmayıb

Məşhur ukraynalı jurnalist Gürcüstana buraxılmayıb Ukraynanın tanınmış jurnalisti Dmitri Qordonun Gürcüstana daxil olmasına icazə verilməyib.
Region
118
27 Oktyabr , 2021 14:44
Məşhur ukraynalı jurnalist Gürcüstana buraxılmayıb
Dmitri Qordon

Ukraynanın tanınmış jurnalisti Dmitri Qordonun Gürcüstana daxil olmasına icazə verilməyib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, həyat yoldaşı ilə Tbilisiyə gələn jurnalist hava limanında saxlanılıb. Onların hər ikisinin Ukraynaya geri döndüyü deyilir.

D.Qordon deyib ki, onlara Gürcüstana buraxılmamalarının səbəbi bildirilməyib.

Qeyd edək ki, D.Qordon Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin tərəfdarıdır. O, siyasətçinin azad edilməsini tələb edir. Jurnalistlə yanaşı M.Saakaşvilinin ukraynalı vəkili, Kiyevdəki ofisinin rəhbəri və Ukraynadan gələn daha bir neçə nəfər Gürcüstana buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi