Bakı. 10 noyabr. REPORT.AZ/ Məşhur rusiyalı yazıçı-satirik Mixail Zadornov 70 yaşında vəfat edib.
"Report" "İzvestiya"ya istinadən xəbər verir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkib.
Yumor ustası 2016-cı ilin sonunda əməliyyat olunmuşdu.
Yaxınlarının və qohumlarının sözlərinə görə, beyin əməliyyatı onun vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək etmişdi.