Ukrayna-Moldova sərhədini qanunsuz keçən məşhur müğənni oğlu və nəvəsi ilə birlikdə saxlanılıb

Ukrayna-Moldova sərhədini qanunsuz keçən məşhur müğənni oğlu və nəvəsi ilə birlikdə saxlanılıb Keçmiş SSRİ-nin tanınmış müğənnisi Sofiya Rotaru Ukrayna-Moldova sərhədini qanunsuz keçərkən Ukrayna sərhədçiləri tərəfindən saxlanılıb.
Region
8 Mart , 2022 10:23
Ukrayna-Moldova sərhədini qanunsuz keçən məşhur müğənni oğlu və nəvəsi ilə birlikdə saxlanılıb
Sofiya Rotaru

Keçmiş SSRİ-nin tanınmış müğənnisi Sofiya Rotaru Ukrayna-Moldova sərhədini qanunsuz keçərkən Ukrayna sərhədçiləri tərəfindən saxlanılıb.

“Report” “Strana”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.

Məlumata görə, saxlanılanlar arasında çağırış yaşında olan 8 ukraynalı və bələdçilik edən Moldova vətəndaşı olub. Bələdçi onları qayıqla Moldovaya keçirmək istəyib.

Onların hamısı saxlanılıb. Saxlanılanlar arasında Sofiya Rotarunun oğlu Anatoli Yevdokimenko və nəvəsi Anatoli Yevdokimenko da olub.

Son xəbərlər

Orphus sistemi