Məşhur sovet yazıçısı Aleksandr Soljenitsının oğlu Stepan Soljenitsın Rusiyanın Sibir Daş Kömür Energetika Şirkətinin (SUEK) başçısı olub.
“Report” RBK-ya istinadən xəbər verir ki, şirkətin yiyəsi Qriqori Berezkindir.
Vladimir Raşevski Soljenitsindən əvvəl şirkətə 16 il başçılıq edib. O, şirkətdə 7,8 faiz paya sahib olduğu üçün direktorlar şurasında qalır. Şirkətin istehsal üzrə direktoru Vladimir Artyemov və daha bir neçə vəzifəli şəxs tutduqları vəzifədən azad ediliblər.
Məlumata görə, kadr dəyişikliyi şirkətin istehsal planını yerinə yetirməməsi ilə əlaqədardır. SUEK 2001-ci ildə yaranıb və hazırda Rusiyanın ən böyük daş kömür müəssisədir.
Qeyd edək ki, Aleksandr Soljenitsın 1973-cü il fevralın 12-də dövləti cinayətkar kimi həbs edilmiş, sovet vətəndaşlığından çıxarılmış, ertəsi gün isə SSRİ-dən Almaniya Federativ Respublikasına deportasiya olunmuşdu. İki il Sürixdə yaşayan Soljenitsın 1975-ci ildə ailəsi ilə birlikdə ABŞ-ın Vermont ştatına köçmüş və orada məskunlaşmışdı. 1990-cı ildə SSRİ-yə qayıtmış, vətəndaşlığı bərpa olunmuşdu. Həmin il "QULAQ arxipelaqı" romanına görə isə SSRİ Dövlət Mükafatına layiq görülmüşdü.