Avropa İttifaqının liderləri Türkiyəyə gələcək

Avropa İttifaqının liderləri Türkiyəyə gələcək Martın 17-də Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və çox ehtimal, Böyük Britaniyanın baş naziri Boris Consonun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadan olan qaçqınların vəziyyətini İstanbulda müzakirə edəcəyi gözlənilir.
Region
10 mart 2020 12:59
Avropa İttifaqının liderləri Türkiyəyə gələcək

Martın 17-də Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və çox ehtimal, Böyük Britaniyanın baş naziri Boris Consonun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadan olan qaçqınların vəziyyətini İstanbulda müzakirə edəcəyi gözlənilir.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldən səfərdən qayıdarkən jurnalistlərə bildirib.

“Əgər Conson da gəlsə, dördtərəfli sammit olacaq. Əks təqdirdə üçtərəfli müzakirə aparacağıq”, - o vurğulayıb.

Ərdoğan deyib ki, Avropa İttifaqı martın 26 keçiriləcək sammitədək Suriya qaçqınları ilə bağlı yaranmış vəziyyəti müzakirə etməlidir: “Çünki vəziyyət belə davam edə bilməz”.

Qeyd edək ki, 2016-cı ildə Suriyadan olan qaçqınların kütləvi axını zamanı Avropa İttifaqı Türkiyə ilə razılaşma imzalayıb. Həmin anlaşmaya əsasən, Türkiyə Avropa İttifaqı ilə sərhədini bağlayıb. İttifaq isə Türkiyəyə 6 milyard avro verəcəyini, ölkə vətəndaşlarının qurum ərazisinə vizasız səyahət edəcəklərini vəd edib. Ancaq ötən 4 il ərzində Avropa İttifaqı verdiyi vədlərin heç birini yerinə yetirməyib. 

Son xəbərlər

Orphus sistemi