Meral Akşenerin partiyası 6 müxalifət təşkilatının yaratdığı birlikdən çıxıb

Meral Akşenerin partiyası 6 müxalifət təşkilatının yaratdığı birlikdən çıxıb "“İYİ Partiya” “Altılı masa”dan çıxıb".
Region
3 Mart , 2023 16:54
Meral Akşenerin partiyası 6 müxalifət təşkilatının yaratdığı birlikdən çıxıb
Meral Akşener

Türkiyənin əsas müxalif partiyalarından biri olan İYİ Partiya 6 müxalifət partiyasının yaratdığı birlikdən çıxıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu İYİ Partiyanın sədri, Böyük Millət Məclisinin deputatı Meral Akşener jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, “Altılı masa” adlanan birlik prezidentliyə vahid namizəd məsələsində razılığa gələ bilməyib: "Biz CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilmişik. Biz bununla razılaşmırıq. Ona görə də “Altılı masa”nı tərk edirik”.

M.Akşener söyləyib ki, “Altılı masa” artıq millətin iradəsini təmsil etmir.

CHP sədri Kamal Kılıçdaroğlu isə məsələyə münasibət bildirərək deyib ki, narahatlığa əsas yoxdur: “Heç narahat olmayın. Bütün daşlar yerinə oturdulacaq. Yolumuza davam edəcəyik”.

Qeyd edək ki, “Altılı masa”nı müxalif Cümhuriyyət Xalq, Səadət, Demokrat, DEVA, Gələcək və İYİ partiyaları birlikdə yaratmışdı.

Son xəbərlər

Orphus sistemi