Mərakeş İranla diplomatik əlaqələri kəsir

Mərakeş İranla diplomatik əlaqələri kəsir Ölkə Tehrandakı səfirliyini bağlayır, İran səfirini isə Rabatdan çıxarır
Region
1 May , 2018 23:42
Mərakeş İranla diplomatik əlaqələri kəsir

Bakı. 1 may. REPORT.AZ/ Mərakeş Qərbi Saxaranın müstəqilliyini dəstəkləyən POLİSARİO cəbhəsini (Siqiyet əl Hamra və Rio de Oronun azad edilməsi uğrunda xalq cəbhəsi) dəstəklədiyinə görə, İran ilə diplomatik əlaqələri kəsir.

“Report” xəbər verir ki, bunu Afrika dövlətinin xarici işlər naziri Nasser Bourita deyib.

Nazirin sözlərinə görə, Mərakeş Tehrandakı səfirliyini bağlayacaq və İranın Rabatdakı səfirini ölkəsinə göndərəcək.

Bouritanın iddiasına görə, İran və Livanın "Hizbullah" hərəkatı POLİSARİO-nu dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi