Qardabanidə koronavirus testindən imtina edənlər var

Qardabanidə koronavirus testindən imtina edənlər var “Qardabani rayonunda bəzi insanlar koronavirusla bağlı test olunmaqdan imtina edirlər”.
Region
28 İyul , 2020 14:03
Qardabanidə koronavirus testindən imtina edənlər var

“Qardabani rayonunda bəzi insanlar koronavirusla bağlı test olunmaqdan imtina edirlər”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu rayon meri Ramaz Budaqaşvili deyib.

Onun sözlərinə görə, buna görə də əhali arasında testlərin aparılması qapıdan-qapıya prinsipi üzrə həyata keçirilir.

Mer bildirib ki, Qaracalar kəndində epidemioloqlardan ibarət iki qrup fəaliyyət göstərir: “Qardabanidə COVID-19-a ilk yoluxma halı qeydə alınandan sonra 1 900 nəfər PCR testindən keçirilib”.

Qeyd edək ki, indiyədək Qaracalarda 31 nəfərdə koronavirus aşkarlanıb.  

Son xəbərlər

Orphus sistemi