Məmmədov və Əliyev Gürcüstanda ən populyar soyadlar arasında yer alıb

Məmmədov və Əliyev Gürcüstanda ən populyar soyadlar arasında yer alıb Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların ilk onluğunu yeniləyib.
Region
28 dekabr 2021 10:43
Məmmədov və Əliyev Gürcüstanda ən populyar soyadlar arasında yer alıb

Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların ilk onluğunu yeniləyib.

“Report”un yerli bürosu xəbər verir ki, siyahıda V yeri Məmmədov, VIII yeri isə Məmmədova soyadı tutub.

İlk onluğa əsasən, qonşu ölkədə Məmmədov soyadlı 14 945, Məmmədova soyadlı isə 13 071 nəfər var.

Azərbaycanlılara məxsus digər – Əliyev soyadı isə kişi soyadları arasında populyarlığına görə IV, Əliyeva isə qadın soyadları sırasında V yerdədir. Gürcüstanda Əliyev soyadını 9 084, Əliyeva soyadını isə 9 079 nəfər daşıyır.

Qonşu ölkədə Beridze soyadı ən çox rast gəlinən soyad olaraq qalır. Ən populyar familiyanı daşıyanların sayı 29 684 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi