Məhv edilmiş erməni hərbçilərin valideynləri Paşinyanın qarşısını kəsmək üçün xiyabana toplaşıblar

Məhv edilmiş erməni hərbçilərin valideynləri Paşinyanın qarşısını kəsmək üçün xiyabana toplaşıblar Ermənistanda ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən hərbçilərin valideynləri, eləcə də onlara dəstək verən digər şəxslər Yerablur hərbi xiyabanına toplaşmağa başlayıblar.
Region
27 Sentyabr , 2022 04:07
Məhv edilmiş erməni hərbçilərin valideynləri Paşinyanın qarşısını kəsmək üçün xiyabana toplaşıblar

Ermənistanda ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən hərbçilərin valideynləri, eləcə də onlara dəstək verən digər şəxslər Yerablur hərbi xiyabanına toplaşmağa başlayıblar.

“Report” xəbər verir ki, onların arasında “Şərəf duyuram” fraksiyasının deputatları və Ermənistan Respublika Partiyasının nümayəndələri də var.

Məhv edilmiş əsgərlərin valideynləri aksiyanın bu gün 2020-ci ildə Qarabağda hərbi əməliyyatların başlanmasının növbəti ildönümü günündə keçiriləcəyini bildiriblər. Onların məqsədi Ermənistanın baş naziri Nikol Paşinyanın və Nazirlər Kabineti üzvlərinin Yerablur hərbi xiyabanına səfərinin qarşısını almaqdır.

"Bütün ermənilər, xüsusən də biz valideynlər burada olmalıyıq. Səhərə qədər burada qalacağıq", - hərbçilərdən birinin atası Qarik Qaleyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hökumətindən bir nəfər də olsa belə, əsgərlərin məzarlarını ziyarət etməsinə icazə verilməməlidir.

Son xəbərlər

Orphus sistemi