Məhərrəm İncə Ərdoğanı təbrik edib

Məhərrəm İncə Ərdoğanı təbrik edib Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə hakim Ədalət və İnkişaf Partiyasının sədri və prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanı prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib.
Region
25 iyun 2018 09:12
Məhərrəm İncə Ərdoğanı təbrik edib
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə hakim Ədalət və İnkişaf Partiyasının sədri və prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanı prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, M.İncə iyunun 25-də keçiridiyi mətbuat konfransında seçkinin nəticələrini qəbul etdiyini bildirib.

“Məni heç kim hədələməyib. Bu bəzi şizofrenlərin iddiasıdır. 15 milyon yurddaşım mənə səs verdi. 15 milyon səs verirsə, bunu 30 milyon da edə bilər. Bu istiqamətdə fəaliyyət göstərəcəyəm. Seçkinin nəticələrinin qəbul edirəm”, - prezidentliyə namizəd vurğulayıb.

Son xəbərlər

Orphus sistemi