Məhəmməd Cavad Zərif: "ABŞ-ın hədələri İranı narahat etmir"

Məhəmməd Cavad Zərif: "ABŞ-ın hədələri İranı narahat etmir" "Biz heç vaxt müharibə başlatmayacağıq, amma müdafiə planında yalnız özümüzə etibar edə bilərik"
Region
3 Fevral , 2017 17:15
Məhəmməd Cavad Zərif: ABŞ-ın hədələri İranı narahat etmir

Bakı. 3 fevral. REPORT.AZ/ "ABŞ-ın həfə-qorxuları rəsmi Tehranı narahat etmir."

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu fikri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter" səhifəsində yazıb.

"ABŞ-ın hədələri İranı narahat etmir... Biz heç vaxt müharibə başlatmayacağıq, amma müdafiə planında yalnız özümüzə etibar edə bilərik" - M.C.Zərif yazıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın raket sınaqlarına hərbi cavabla qarşılıq veriləcəyini istisna etməyib.

Son xəbərlər

Orphus sistemi