MDB sərhəd xidməti başçılarının görüşü olub

MDB sərhəd xidməti başçılarının görüşü olub Qazaxıstanın Türküstan şəhərində MDB sərhəd xidməti başçılarının iclası olub
Region
18 May , 2022 12:01
MDB sərhəd xidməti başçılarının görüşü olub

Qazaxıstanın Türküstan şəhərində MDB Sərhəd Xidməti başçılarının iclası keçirilib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, iclas iştirakçıları Sərhəd Qoşunları Komandanları Şurasının sərhəd təhlükəsizliyinin təmin edilməsi sisteminin formalaşdırılması üzrə fəaliyyətini müzakirə ediblər.

İclasda MDB-nin xarici sərhədlərinin mühafizəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Toplantıda gələn il üçün Sərhəd Qoşunları Komandanları Şurasının vəzifələri və informasiya mübadiləsinin təkmilləşdirilməsi, elmi-tədqiqat və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi mexanizmləri nəzərdən keçirilib.

Tədbirdə Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın sərhəd qurumlarının nümayəndə heyətləri iştirak ediblər.

Şuranın növbəti iclası 2022-ci ilin ikinci yarısında Tacikistanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi