MDB ölkələrində terrorçuluqda ittiham olunan 9 mindən çox insan axtarışdadır

MDB ölkələrində terrorçuluqda ittiham olunan 9 mindən çox insan axtarışdadır Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayına olan məlumata görə, terrorçuluq və ekstremist təmayüllü cinayətlər törətdiklərinə görə MDB ölkələrinin 9 mindən çox vətəndaşı MDB dövlətlərarası axtarışdadır.
Region
26 Sentyabr , 2018 12:51
MDB ölkələrində terrorçuluqda ittiham olunan 9 mindən çox insan axtarışdadır

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayına olan məlumata görə, terrorçuluq və ekstremist təmayüllü cinayətlər törətdiklərinə görə MDB ölkələrinin 9 mindən çox vətəndaşı MDB dövlətlərarası axtarışdadır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə MDB Terrorçuluqla Mübarizə Mərkəzinin rəhbəri Andrey Novikov bildirib. 

Onun sözlərinə görə, onlardan 5 minə yaxını muzdlular, yəni qanunsuz silahlı birləşmələrin və beynəlxalq terror təşkilatların heyətində üçüncü ölkə ərazisindəki döyüş əməliyyatlarında iştirak edən şəxslərdir.

A.Novikov həmçinin deyib ki, 2015-ci ildən etibarən MDB ölkələrinin maliyyə kəşfiyyat qurumları tərəfindən terrorçuluğun maliyyələşməsində əli olan 207 nəfər müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi