Bakı. 26 sentyabr. REPORT.AZ/ "Bu ilin sonunadək MDB ölkələri ərazisində 4 geniş hərbi təlim keçiriləcək".
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu “İsık-Göl - antiterror 2018” terrorçuluğa qarşı müştərək təlimin bağlanış mərasimində Rusiyanın Mərkəzi Hərbi Sərhəd Dairəsinin komandanı, general-leytenant Aleksandr Lapin bildirib.
O deyib: “Bunlar Qazaxıstanda keçiriləcək “Axtarış-018”, Tacikistanda “Sərhəd-2018”, Rusiya Federasiyasında “Hava körpüsü” və “Sarsılmaz qardaşlıq” təlimləridir. Bunlar bizim həmrəyliyimizi, hərbi qüdrətimizi, qısa müddətdə Mərkəzi Asiyanın hər bir yerində müştərək qüvvə yarada biləcəyimizi dünyaya göstərmək üçündür”.