MDB ölkələri birgə antiterror təlimləri keçirəcək

MDB ölkələri birgə antiterror təlimləri keçirəcək Təlimlərdə iştirak edənlərin heyəti dəqiqləşdirilir
Region
19 Oktyabr , 2016 15:13
MDB ölkələri birgə antiterror təlimləri keçirəcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ MDB-yə üzv olan ölkələr 2017-ci ildə Tacikistanda birgə antiterror təlimləri keçirəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, təlimlər MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının bölmələri arasında sosial şəbəkələrdə beynəlxalq terror təşkilatlarına qoşulmaq üçün aparılan fəaliyyətin aşkar edilib qarşısının alınması üzrə qarşılıqlı əlaqələrin yüksəldilməsinə yönəlib.

MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov bildirib ki, təlimlərin məkanı mövcud geosiyasi vəziyyət və Mərkəzi Asiya regionunda terror təhlükəsinin yüksək səviyyədə qalması ilə əlaqədar seçilib.

Onun sözlərinə görə, iştirakçıların tərkibi hələ dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi