MDB hökumət başçılarının qarşıdakı görüşünün gündəliyi açıqlanıb

MDB hökumət başçılarının qarşıdakı görüşünün gündəliyi açıqlanıb Bu il oktyabrın 25-də Moskva şəhərində keçiriləcək MDB Hökumət Başçıları Şurasının növbəti iclasında üzv ölkələr arasındakı iqtisadi əməkdaşlığın inkişafına dair bir sıra təkliflər müzakirə olunacaq.
Region
28 Avqust , 2019 13:25
MDB hökumət başçılarının qarşıdakı görüşünün gündəliyi açıqlanıb

Bu il oktyabrın 25-də Moskva şəhərində keçiriləcək MDB Hökumət Başçıları Şurasının növbəti iclasında üzv ölkələr arasındakı iqtisadi əməkdaşlığın inkişafına dair bir sıra təkliflər müzakirə olunacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi sədrinin müavini Viktor Quminski bildirib.

O, iclasda rəqəmli iqtisadiyyatın inkişafına böyük diqqət yetiriləcəyini də vurğulayıb.

Tədbir zamanı həmçinin üzv ölkələrin informasiya təhlükəsizliyi ilə bağlı strategiya, antiinhisar tənzimləmə, baytarlıq, SSRİ-nin Əfqanıstanda apardığı müharibə zamanı itkin düşən hərbçilərin axtarışı kimi mövzuların diqqət mərkəzində olacağı qeyd edilib.

Son xəbərlər

Orphus sistemi