MDB-də kibercinayətkarlıq üzrə birgə mübarizə proqramı hazırlanır

MDB-də kibercinayətkarlıq üzrə birgə mübarizə proqramı hazırlanır Rusiya DİN təşkilat ölkələrinin Daxili İşlər Nazirlikləri ilə birgə işçi qrup yaradacaq
Region
5 Sentyabr , 2014 16:44
MDB-də kibercinayətkarlıq üzrə birgə mübarizə proqramı hazırlanır
Bakı. 5 sentyabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı ölkələrinin DİN Şurası Rusiya DİN-ə informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizə üzrə əməkdaşlıq proqramını hazırlamağı tapşırıb. Bu barədə Report RİA Novosti-yə istinadən xəbər verir. 

Tapşırığa əsasən, Rusiya DİN MDB-nin üzv dövlətlərinin Daxili İşlər nazirlikləri ilə birgə işçi qrup yaradacaq. Həmin qrup kibercinayətkarlıqla mübarizədə MDB ölkələrinin əməkdaşlıq proqramı layihəsinin hazırlanması ilə məşğul olacaq. Sənəd layihəsi MDB Daxili İşlər nazirlikləri Şurasının növbəti iclasında müzakirə olunacaq. 

MDB-nin tərkibinə keçmiş Sovet İttifaqının 10 ölkəsi, o cümlədən Azərbaycan da daxildir. 

Son xəbərlər

Orphus sistemi