MDB-də miqrantlara iş tapmaqda yardım edəcək sistemin yaradılması təklif olunub

MDB-də miqrantlara iş tapmaqda yardım edəcək sistemin yaradılması təklif olunub MDB ölkələri Birlik məkanında miqrantlara başqa dövlətin ərazisində iş tapmaqda yardımçı olacaq sistem tətbiq etməyi planlaşdırır.
Region
9 Sentyabr , 2019 16:13
MDB-də miqrantlara iş tapmaqda yardım edəcək sistemin yaradılması təklif olunub

MDB ölkələri Birlik məkanında miqrantlara başqa dövlətin ərazisində iş tapmaqda yardımçı olacaq sistem tətbiq etməyi planlaşdırır.

"Report" BelTA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyinin Məşğulluq Departamentinin Əmək miqrasiyası şöbəsinin müdiri Gennadi Sedakov bildirib.

Onun sözlərinə görə, mütəşəkkil seçim miqrantların işlə təmin olunmasında kifayət qədər yayılmış formadır.

Qeyd edək ki, sənədin araşdırılması üzrə ekspertlərin işçi qrupunun iclası bu gün Minskdə MDB İcraiyyə Komitəsində keçirilir. Sənədin təşəbbüskarı və tərtibçisi Rusiya tərəfidir.

Son xəbərlər

Orphus sistemi