"Report" "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşov bildirib.
Onun sözlərinə görə, Minskdə keçiriləcək MDB sammitində təhlükəsizliyin təmin olunması, yeni təhlükələrə, o cümlədən "İslam dövləti" radikal qruplaşması tərəfindən gələn təhlükələrə qarşı mübarizə sahəsində MDB ölkələrinin beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.