“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti təyyarəsinin İranda qəzaya uğraması ilə əlaqədar Tehrana uçuşları qeyri-müəyyən müddətə təxirə salıb.
"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
"Aviaşirkət fəlakət qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir... Şirkətimiz Tehrana uçuşlarını qeyri-müəyyən müddətə təxirə salmağı qərara alıb", - aviaşirkətin “Facebook” səhifəsindəki məlumatında deyilir.