Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana yeni qayda ilə daxil olacaq

Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana yeni qayda ilə daxil olacaq Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib
Region
24 Fevral , 2021 17:08
Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana yeni qayda ilə daxil olacaq

Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana PCR testinin mənfi nəticəsi ilə bağlı arayış təqdim edərək daxil ola biləcəklər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərar Gürcüstana hava yolu ilə səfərlərə şamil olunur.

Azərbaycan və Gürcüstan arasında quru sərhədlər vasitəsilə sərbəst qarşılıqlı səfərlərə məhdudiyyətlər qalmaqda davam edəcək. Qonşu ölkə hazırkı mərhələdə quru sərhədlərlə bağlı cari rejimi qüvvədə saxlayır.

Qeyd edək ki, pandemiya səbəbindən Azərbaycan və Gürcüstan arasında sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılıb.

Son xəbərlər

Orphus sistemi