Gürcüstanın aparıcı müxalifət partiyası seçkidə azərbaycanlı namizədlə iştirak edəcək

Gürcüstanın aparıcı müxalifət partiyası seçkidə azərbaycanlı namizədlə iştirak edəcək Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) Marneuli rayonunun icra başçısı seçkilərində öz namizədi ilə iştirak edəcək.
Region
29 Mart , 2019 14:53
Gürcüstanın aparıcı müxalifət partiyası seçkidə azərbaycanlı namizədlə iştirak edəcək
0 : 00
0 : 00

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) Marneuli rayonunun icra başçısı seçkilərində öz namizədi ilə iştirak edəcək.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin VMHP-dən olan deputatı Azər Süleymanov bildirib.

O deyib ki, icra başçısı vəzifəsinə partiyanın üzvü Aqil Mustafayevin namizədliyi irəli sürüləcək: “Aqil Mustafayev bu vəzifəyə layiqli namizəddir. Onun namizədliyi partiyada dəstəklənib”.

A.Süleymanov deyib ki, VMHP Marneulidə keçiriləcək seçkilərdə iştirakdan imtina etməyib: “Bizim partiya 17 ildir siyasi arenadadır. Təcrübəli partiya olaraq seçkilər məsələsinə təmkinlə yanaşırıq. Zamanı gələndə partiyamızın Marneuli rayon icra başçısı postuna namizədi rəsmən təqdim olunacaq”.

Qeyd edək ki, Marneuli rayonu icra başçısı vəzifəsinə aralıq seçkilərin mayın 19-da keçiriləcəyi gözlənilir. VMHP-nin namizədi ilə bu vəzifəyə irəli sürülmüş namizədlərin sayı 4-ə çatıb. Digər namizədlər Gürcü Arzusu Partiyasından Zaur Darğallı, müxalif Avropalı Gürcüstan Partiyasından Əhməd İmamquliyev və müstəqil namizəd - Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirovdur.

Bundan öncə yayılan məlumatlara görə, Gürcüstanın müxalifət partiyaları Marneulinin icra başçısı vəzifəsinə bir-birinə qarşı namizəd irəli sürməyəcəkdilər. 

Son xəbərlər

Orphus sistemi