Marneulinin 8 kəndi içməli su ilə təmin olunacaq

Marneulinin 8 kəndi içməli su ilə təmin olunacaq Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda içməli su sistemi şəbəkəsinin qurulması istiqamətində genişmiqyaslı infrastruktur layihə həyata keçirilir.
Region
9 May , 2020 14:29
Marneulinin 8 kəndi içməli su ilə təmin olunacaq

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda içməli su sistemi şəbəkəsinin qurulması istiqamətində genişmiqyaslı infrastruktur layihə həyata keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, işlər ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin tövsiyələrinə uyğun aparılır.

Layihənin başa çatdırılmasından sonra Marneulinin Algeti, Kütlər və Kəpənəkçi kimi üç böyük –  inzibati ərazi vahidliyinə daxil olan 8 kənd üzrə 19 107 abunəçi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaq.

Layihə mərkəzi və yerli büdcədən maliyyələşdirilir və dəyəri 2 677 520 lari təşkil edir. 

Son xəbərlər

Orphus sistemi