Marneulidə şiddətli yağışların vurduğu ziyan aradan qaldırılır

Marneulidə şiddətli yağışların vurduğu ziyan aradan qaldırılır Bakı. 2 iyun. REPORT.AZ/ Gürcüstanın Marneuli bələdiyyəsində şiddətli yağışlar nəticəsində Yağılca düzənliyindən gələn sel şəhərin küçələrinə, yaşayış evlərinin zirzəmilərinə, alt mərtəbələrinə və həyətyanı sahələrinə dolub. Vaja Pşavela, Qurucu Davit, Yağılca, Sulxan Saba, Leonidze və Kobulet küçələrinin sakinləri seldən zərər çəkiblər.
Region
3 İyun , 2018 05:59
Marneulidə şiddətli yağışların vurduğu ziyan aradan qaldırılır

Bakı. 2 iyun. REPORT.AZ/ Gürcüstanın Marneuli bələdiyyəsində şiddətli yağışlar nəticəsində Yağılca düzənliyindən gələn sel şəhərin küçələrinə, yaşayış evlərinin zirzəmilərinə, alt mərtəbələrinə və həyətyanı sahələrinə dolub. Vaja Pşavela, Qurucu Davit, Yağılca, Sulxan Saba, Leonidze və Kobulet küçələrinin sakinləri seldən zərər çəkiblər.

“Report” xəbər verir ki, hazırda yuxarıda adları qeyd olunan və qeyd olunmayan zərər görmüş küçələrin sakinlərinə ölkənin Fövqəladə Halların İdarəsi Xidmətinin əməkdaşları tərəfindən yardım göstərilir.

Bələdiyyənin meri Temur Abazov, müavinləri Zaur Tabatadze və Laşa Lobcanidze, Sakrebulonun majoritar deputatları və Yerli Özünüidarəetmənin müvafiq xidmətlərinin nümayəndələri zərərçəkənlərlə görüşüblər.

Mərkəzi və yerli hakimiyyət nümayəndələri vəziyyətlə yerində tanış olublar.

Bələdiyyənin Meriyasında şiddətli yağışın vurduğu ziyanı hesablamaq üçün komissiya yaradılıb. Komissiya Meriyanın səlahiyyətləri çərçivəsində lazımi tədbirləri görəcək.

Hazırda Fövqəladə Halların İdarəsi Xidmətinin əməkdaşları hadisə yerində köməklik işlərini davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi