Marneulidə seçkiqabağı qarşıdurma baş verib, xəsarət alanlar var

Marneulidə seçkiqabağı qarşıdurma baş verib, xəsarət alanlar var Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda yerli seçkilər öncəsi insident baş verib.
Region
30 Sentyabr , 2021 19:07
Marneulidə seçkiqabağı qarşıdurma baş verib, xəsarət alanlar var

Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda yerli seçkilər öncəsi insident baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hakim Gürcü Arzusu Partiyası və müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) namizədləri - Rövşən İsgəndərovLaşa Kveladze arasında fiziki qarşıdurma olub.

VMHP nümayəndəsi Murad Muradov jurnalistlərə açıqlamasında deyib ki, hadisə Sadaxlı kəndində aparılan seçkiqabağı kampaniyadan sonra baş verib: “Hazırda Laşa Kveladze polisə şikayət ərizəsi təqdim edir. O, xəsarətlər alıb, gözündə və digər bədən nahiyələrində xəsarətlər var. Partiyanın digər üzvü Mişa Okupaşviliyə də xəsarətlər yetirilib”.

“Gürcü Arzusu”nun Marneuli-Qardabani üzrə deputatı Zaur Darğallı isə baş verən hadisədə müxalif partiyanı günahlandırıb. O bildirib ki, L.Kveladze R.İsgəndərovu döyüb: “Bu, müxalifətin növbəti və gözlənilən təxribatıdır. Rövşən İsgəndərov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır, onun əməliyyata da ehtiyacı ola bilər”.

Deputat insidentlə bağlı artıq istintaqın başlandığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi