Marneulidə mərkəzi stadionun tikintisi üçün tender elan olunub

Marneulidə mərkəzi stadionun tikintisi üçün tender elan olunub Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda mərkəzi stadionunun inşası ilə bağlı tender elan olunub.
Region
10 İyun , 2020 10:52
Marneulidə mərkəzi stadionun tikintisi üçün tender elan olunub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda mərkəzi stadionunun inşası ilə bağlı tender elan olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Bələdiyyələrin İnkişafı Fondu məlumat yayıb.

Sənədə əsasən, yüksək keyfiyyətli süni ot örtüklü futbol meydançası və 1 500 tamaşaçı üçün nəzərdə tutulan FİFA-nın ikinci kateqoriyasının standartlarına cavab verəcək stadionun tikintisi nəzərdə tutulub. Layihə çərçivəsində ikimərtəbəli binanın da inşası planlaşdırılıb.

Layihə-smeta sənədinə əsasən, tikinti-bərpa işlərinin ümumi dəyəri 7 milyon lari təşkil edir. Tenderdə iştirak etmək istəyən şirkətlərin müraciətləri iyulun 15-dək qəbul olunacaq. 

Son xəbərlər

Orphus sistemi