Marneulidə məcburi köçkün qəsəbəsi salınır

Marneulidə məcburi köçkün qəsəbəsi salınır Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda məcburi köçkünlər üçün 31 yaşayış evindən ibarət kənd tipli qəsəbə inşa olunur.
Region
7 İyul , 2020 13:38
Marneulidə məcburi köçkün qəsəbəsi salınır

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda məcburi köçkünlər üçün 31 yaşayış evindən ibarət kənd tipli qəsəbə inşa olunur.

“Report”un yerli bürosu xəbər verir ki, qəsəbəyə illərdir yararsız binalarda yaşayan məcburi köçkün ailələri köçürüləcək.

Layihə Gürcüstan və Almaniya hökumətlərinin birgə əməkdaşlığı sayəsində həyata keçirilir.

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterina Tikaradze və Almaniya səfiri Xubert Knirş Marneuliyə səfər edərək tikinti işləri ilə yerində tanış olublar. 

Son xəbərlər

Orphus sistemi