Marneulidə gəncin evindən “Kalaşnikov” tapıldı

Marneulidə gəncin evindən “Kalaşnikov” tapıldı Gürcüstanın Marneuli rayonunda 24 yaşlı gənc saxlanılıb.
Region
224
8 Aprel , 2020 15:53
Marneulidə gəncin evindən “Kalaşnikov” tapıldı

Gürcüstanın Marneuli rayonunda 24 yaşlı gənc saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxs qanunsuz olaraq silah-sursatı əldə etməkdə və saxlamaqda ittiham olunur.

Gəncin yaşadığı evdə və evin həyətində aparılan axtarış zamanı 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd patron darağı və 20 ədəd patron müsadirə edilib.

Faktla bağlı istintaq aparırılır. 

Gəncin günahı sübuta yetirilərsə, onu üç ildən altı ilədək həbs cəzası gözləyir.   

Son xəbərlər

Orphus sistemi