Marneulidə etnik azlıqların qadın nümayəndələri üçün treninq keçirilib

Marneulidə etnik azlıqların qadın nümayəndələri üçün treninq keçirilib Tbilisi. 2 mart. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunda etnik azlıqların qadın nümayəndələri üçün “Təsərrüfatçılığın praktiki kursu-biznesimizi necə başlayaq və inkişaf etdirək” mövzusunda treninq keçirilib.
Region
2 Mart , 2018 23:47
Marneulidə etnik azlıqların qadın nümayəndələri üçün treninq keçirilib

Tbilisi. 2 mart. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunda etnik azlıqların qadın nümayəndələri üçün “Təsərrüfatçılığın praktiki kursu-biznesimizi necə başlayaq və inkişaf etdirək” mövzusunda treninq keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının Kvemo Kartli üzrə nümayəndəsi Ayaz Məmmədovun təşkil etdiyi tədbirdə etniki azlıqların qadın nümayəndələri, tələbələr və mövzu ilə maraqlanan şəxslər iştirak edirdilər.

A.Məmmədov “Report”a açıqlamasında bildirib ki, məqsəd biznesə başlamaq istəyən etniki azlıqların qadın nümayəndələrinə iqtisadiyyatın ayrı-ayrı sahələri, kənd təsərrüfatı, sənaye və ticarətdə öz bizneslərini qurmağa köməklik göstərməkdir. Bu cür treninqlərdə qadınlara biznes yaratmanın elmi və təcrübi əsasları barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, Marneulidə 130 minə yaxın əhali yaşayır. Onların da 86,4 faizini azərbaycanlılar təşkil edir.

Son xəbərlər

Orphus sistemi