Marneulidə bir qrup sakin etiraz aksiyası keçirib

Marneulidə bir qrup sakin etiraz aksiyası keçirib Gürcüstanın Marneuli rayonunda bir qrup vətəndaş etiraz aksiyası keçirib.
Region
324
27 Aprel , 2020 14:05
Marneulidə bir qrup sakin etiraz aksiyası keçirib
0 : 00
0 : 00

Gürcüstanın Marneuli rayonunda bir qrup vətəndaş etiraz aksiyası keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bələdiyyə binasının qarşısına toplaşan etirazçıların bir qismi ərzaq yardımı, digər qismi isə Tsalka rayonunda otlaq sahələrinə çıxmağa icazənin verilməsini tələb ediblər.

Marneulinin icra başçısı Zaur Darğallı aksiya iştirakçıları ilə görüşüb. O bildirib ki, rayonda sosial təminatsız ailələrə ərzaq yardımının paylanılması davam etdirilir: “Rayonda artıq 8 000-ə yaxın şəxsə ərzaq yardımı göstərilib. Uşaq bağçalarında təlim-tərbiyə olunan 2 145 uşağın ailəsinə də qida məhsulları təqdim edilib”.

Z.Darğallı qeyd edib ki. Tsalkada mal-qaranın otlaq sahələrinə aparılmasına icazə var: “Lakin otlaqdan qayıdan şəxslər ikihəftəlik karantin rejimindən sonra öz kəndlərinə qayıda bilərlər”.

Son xəbərlər

Orphus sistemi