Marneuli bazarında baş verən güclü yanğın artıq lokallaşdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, yanğının tam aradan qaldırılması üzrə işlər davam etdirilir.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində 10-a yaxın mağaza içərisindəki mallarla birgə yanaraq yararsız hala düşüb.
21:22
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonun mərkəzində yerləşən bazarda güclü yanğın baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürənlər cəlb olunub.
Alov bazar ərazisindəki mağazalar və anbarları əhatə edib.
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.