Marneulidə 8 tibb işçisi koronavirusa yoluxub

Marneulidə 8 tibb işçisi koronavirusa yoluxub Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun təcili tibbi yardım xidmətinin 8 əməkdaşının koronavirusa yoluxması təsdiqlənib.
Region
2 may 2020 07:34
Marneulidə 8 tibb işçisi koronavirusa yoluxub

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun təcili tibbi yardım xidmətinin 8 əməkdaşının koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, tibb işçilərinin 5-i Marneuli sakinidir.

Səkkiz pasiyentin hazırkı vəziyyəti qənaətbəxşdir. Onlar Tbilisiyə xəstəxanaya çatdırılacaqlar.

Qeyd edək ki, ötən gün Marneulinin təcili tibbi yardım mərkəzinin menecerində koronavirus aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi