Marneuli əhalisi üçüncü dəfə tibbi müayinədən keçiriləcək

Marneuli əhalisi üçüncü dəfə tibbi müayinədən keçiriləcək Marneuli sakinlərinin üçüncü dəfə tibbi yoxlamadan keçirilməsi planlaşdırılır.
Region
2 May , 2020 16:29
Marneuli əhalisi üçüncü dəfə tibbi müayinədən keçiriləcək

Marneuli sakinlərinin üçüncü dəfə tibbi yoxlamadan keçirilməsi planlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayon rəhbəri Zaur Darğallı bildirib.

Onun sözlərinə görə, əhalinin termoskriniq metodu ilə hərarəti ölçüləcək: “Bizim nümayəndələr, həmçinin tibb işçiləri bütün şübhəli hallara dərhal reaksiya vermək üçün səfərbər olunacaqlar”.

Z.Darğallı deyib ki, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Marneulidəki epidemioloji vəziyyətlə bağlı verdiyi bütün tövsiyələr nəzərə alınacaq.

O, rayon əhalisini hər hansı bir simptom olacağı halda, hərarətölçmə mərkəzlərinə müraciət etməyə çağırıb.

Qeyd edək ki, indiyədək Marneulidə COVID-19 infeksiyasına 33 nəfər yoluxub. Onların təxminən 10-u tibb işçisidir.

Son xəbərlər

Orphus sistemi