MAQATE rəhbəri Kiyevə səfər etməyi planlaşdırır

MAQATE rəhbəri Kiyevə səfər etməyi planlaşdırır Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi Ukrayna paytaxtına səfər etməyi planlaşdırır.
Region
198
13 Mart , 2022 03:56
MAQATE rəhbəri Kiyevə səfər etməyi planlaşdırır

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi Ukrayna paytaxtına səfər etməyi planlaşdırır.

“Report” bu barədə Ukraynanın “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalı Şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir.

“MAQATE-nin baş direktoru Rafael Mariano Qrossi Kiyevə gəlmək niyyətindədir, - “Enerqoatom”un rəhbəri Petr Kotin bildirib.

Kotin Qrossinin səfəri tarixinin hələ müəyyən edilmədiyini vurğulayıb.

Rusiya Ukraynaya qarşı müharibəni fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Son xəbərlər

Orphus sistemi