Mamuka Baxtadze: “Avroparlamentarilər sovet diplomatının Gürcüstan Prezidenti seçilməsini qəbuledilməz sayırlar”

Mamuka Baxtadze: “Avroparlamentarilər sovet diplomatının Gürcüstan Prezidenti seçilməsini qəbuledilməz sayırlar” Tbilisi. 14 noyabr. REPORT.AZ/ “Avropa parlamentariləri Salome Zurabişviliyə qarşı aparılan çirkin kampaniyanı rüsvayçı adlandırıblar. Ancaq bizə də xəbərdarlıq etdilər ki, sovet diplomatının Prezident seçilməsi qəbuledilməzdir”.
Region
14 Noyabr , 2018 15:57
Mamuka Baxtadze: “Avroparlamentarilər sovet diplomatının Gürcüstan Prezidenti seçilməsini qəbuledilməz sayırlar”
0 : 00
0 : 00

Tbilisi. 14 noyabr. REPORT.AZ/ “Avropa parlamentariləri Salome Zurabişviliyə qarşı aparılan çirkin kampaniyanı rüsvayçı adlandırıblar. Ancaq bizə də xəbərdarlıq etdilər ki, sovet diplomatının Prezident seçilməsi qəbuledilməzdir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze avroparlamentarilərin bəyanatlarını şərh edərkən deyib.

O, gürcü xalqının tərəqqi və avropalı gələcəyi seçəcəyinə əmin olduğunu bildirib: “Bizə bildirdilər ki, Gürcüstan Avropaya inteqrasiyası baxımından aparıcı ölkə kimi Avropa İttifaqından daha böyük dəstək, həmçinin maliyyə dəstəyi də almalıdır. Avrokomissar Yohannes Han Gürcüstan iqtisadiyyatını təsiredici adlandırıb. Bu da hökumətin effektiv fəaliyyətini və Gürcüstan iqtisadiyyatının artım tendensiyasını bir daha nümayiş etdirir”.

M.Baxtadze avroparlamentarilərin, Gürcüstanın azarkeşləri və əsl dostlarını ölkədə sovet diplomatının seçilməsinə qarşı olduqlarını deyib: “Əlbəttə ki, mən gürcü xalqına inanıram və əminəm ki, xalqımız sovet diplomatının Prezident seçilməsinə yol verməyəcək. Mixeil Saakaşvili tərəfindən Qriqol Vaşadzenin namizədliyinin irəli sürülməsi Rusiyanın maraqları ilə üst-üstə düşür və buna görə də qısasçıların qələbəsi bizim bir yerdə əldə etdiyimiz və Avropa Parlamenti tərəfindən müsbət qiymətləndirilmiş nailiyyətləri sual altına qoyacaq. Gürcüstanın hər bir vətəndaşı totalitar keçmiş və avropalı gələcək arasında prinsipial seçim etməli olacaq. Mən, əlbəttə ki, gürcü xalqının tərəqqi və avropalı gələcəyi seçəcəyinə əminəm”.

Son xəbərlər

Orphus sistemi