Maliyyə naziri: "Bu il Ermənistanın xarici borcu artacaq"

Maliyyə naziri: "Bu il Ermənistanın xarici borcu artacaq" Ötən il ölkənin xarici borcu 5 milyard 900 milyon dollar təşkil edib
Region
8 Fevral , 2017 15:39
Maliyyə naziri: Bu il Ermənistanın xarici borcu artacaq

Bakı. 8 fevral. REPORT.AZ/ Ermənistanın xarici borcu ötən il 5 milyard 900 milyon dollar təşkil edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Vardan Aramyan bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə xarici borc 6 milyard 250 milyon dollara çatacaq.

İnformasiyay əsasən, ötənilki 5 milyard 900 milyon dollar məbləğində borcun 5,4 milyard dolları hökumətin, 503 milyon dolları isə Ermənistan Mərkəzi Bankının borcudur. 

Son xəbərlər

Orphus sistemi