Makron: “Putin Ukraynaya hücumlarını dayandırmaqdan imtina edir”
Makron: “Putin Ukraynaya hücumlarını dayandırmaqdan imtina edir”Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumlarını dayandırmaqdan imtina etdiyini bildirib.
Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumlarını dayandırmaqdan imtina etdiyini bildirib.
“Report” xəbər verir ki, bunu Makron özünün tviterdəki hesabında yazıb.
“Mən bu səhər prezident Putinlə danışdım. İndiki mərhələdə o, Ukraynaya hücumlarını dayandırmaqdan imtina edir. Hazırda insan faciəsinin qarşısını almaq üçün dialoqun davam etdirilməsi vacibdir. Mən səylərimi və əlaqələrimi davam etdirəcəyəm. Biz ən pisdən qaçmalıyıq”, - Makron əlavə edib.
I spoke to President Putin this morning. He refuses to stop his attacks on Ukraine at this point. It is vital to maintain dialogue to avoid human tragedy. I will continue my efforts and contacts. We must avoid the worst.