Mahaçqalada naməlum şəxslər polislərə atəş açıb, yaralananlar var

Mahaçqalada naməlum şəxslər polislərə atəş açıb, yaralananlar var Atəş nəticəsində bir neçə polis əməkdaşı yaralanıb
Region
2029
25 Dekabr , 2016 02:53
Mahaçqalada naməlum şəxslər polislərə atəş açıb, yaralananlar var

Bakı. 25 dekabr. REPORT.AZ/ Naməlum şəxslər Mahaçqala şəhərində polis növbətçilərinə atəş açıb.

"Report" xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "TASS" agentliyinə məlumat verilib.

Məlumata görə, atəş nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

"Hücum edən şəxslər qaçaraq gizləniblər. Hüquq-mühafizə orqanları onların axtarışına başlayıb. Hadisənin təfərrüatları araşdırılır" – deyə mənbə bildirib.

"RİA Novosti" agentliyi isə hadisə zamanı 2 polis əməkdaşının yaralandığını bildirib.

Son xəbərlər

Orphus sistemi